“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 19:45 radələrində Sahil qəsəbəsi E.Quliyev küçəsində olub.
Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi Lexus markalı 90 LP 077 nömrəli və 1980-ci il təvəllüdlü Fərrux Məmmədovun idarə etdiyi Vaz-210015 markalı 90 AJ 431 nömrəli avtomobillər toqquşub.
R.Məmmədov xuliqanlıq zəminində beysbol çubuğu ilə Vaz-21015 markalı avtomobilin ön və sol yan şüşələrini sındırıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər