“Lexus”la vurulan piyada öldü

lexusla-vurulan-piyada-oldu
Oxunma sayı: 1744

Nərimanov rayonunun Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 9-da saat 12 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini E.Aydınov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.