Leyenin açıqlamasından ukraynalı hərbçilər barədə hissə silinib - Yenilənib

leyenin-aciqlamasindan-ukraynali-herbciler-barede-hisse-silinib
Oxunma sayı: 3600

12:33

Ukraynada müharibə başlayandan bəri 100 mindən çox ukraynalı hərbçi həlak olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen videomüraciətində açıqlayıb.

Onun sözlərinə görə, həmçinin müharibə zamanı 20 mindən çox mülki vətəndaş həlak olub.

Leyen əlavə edib ki, müharibə zamanı Ukraynaya vurulan zərər 600 milyard avro olaraq qiymətləndirilir: “Avropa Komissiyası sentyabr ayında sözügedən zərəri 326 milyard avro, oktyabrın sonu isə 385 milyard avro olaraq qiymətləndirirdi”.

15:21

Avropa Komissiyası Ursula von der Leyenin videomüraciətindən və yazılı açıqlamasından Ukraynadakı müharibədə 100 min ukraynalı hərbçinin həlak olması barədə olan hissəni çıxarıb. 

Avropa Komissiyasının Prezidentinin öz rəsmi tviter hesabında paylaşdığı videomüraciətdə də həmin hissə silinib.