Leyla Abdullayeva Türkiyənin Fransadakı səfiri ilə görüşdü

leyla-abdullayeva-turkiyenin-fransadaki-sefiri-ile-gorusdu
Oxunma sayı: 2119

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki həmkarlar ilə birgə Türkiyə səfirliyini ziyarət etdik, Səfir Əli Onaner ilə səmimi fikir mübadiləsi apardıq. Başın sağ olsun, qardaş Türkiyə!” , - Leyla Abdullayeva qeyd edib.