Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ölkənin “Charlie Hebdo” jurnalının məqaləsinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, səfir bununla bağlı öz tviter hesabında paylaşım edib.
“Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində hərbi işğalı zamanı Ermənistanın yaratdığı təhlükəni unutmusunuz. İndi Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi bir zamanda hansı təhlükədən bəhs edirsiniz?”, - deyə L.Abdullayeva bildirib.
Qeyd edək ki, “Charlie Hebdo” jurnalının yanvarın 3-ü nəşr olunan sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki “təhlükə”ni unutdurduğunu iddia edən məqalə dərc olunub.
Son xəbərlər
Son Xəbərlər