Leyla Əliyeva parkdakı gənclərlə birgə “Səməni”yə baxdı- - Fotolar+Video

leyla-eliyeva-parkdaki-genclerle-birge-semeniye-baxdi-
Oxunma sayı: 3957


“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

“Pop-art” janrındakı nəhəng incəsənət əsərlərindən ibarət sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə təşkil olunub. Layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına diqqəti artırmaqdır. IDEA-nın rəhbəri Leyla Əliyeva bura toplaşan gənclərlə birlikdə sərgi ilə tanış olub.

Qeyd edək ki, 1993-cü ildə Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıblar. Bu hərəkat bütün səylərini müasir incəsənət haqda təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.

“Cracking Art Group” öz yaradıcılığı ilə bu günədək dünyanın bir sıra şəhərlərini fəth edib. Qeyd olunan əsərlər Nyu-York, Sidney, Milan və digər şəhərlərdə nümayiş olunub.

Tədbir çərçivəsində iştirakçılar arasında keçirilən viktorinanın qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.