“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat verilib. Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi ilk dəfə fəaliyyətə başlaması ilə əlaqədar təntənəli mərasim olub və qarşılıqlı hədiyyələr təqdim edilib.
Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verib.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi açılıb.
Son xəbərlər
Son Xəbərlər