Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu - Video

leyla-eliyeva-siddete-meruz-qalan-qadinlara-destek-oldu
Oxunma sayı: 2739

Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb. “Qafqazinfo” xəbər verir ki, sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Baku Media Center” və “Var- Yox” tərəfindən hazırlanıb.

“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, - deyə layihənin tanıtımında qeyd olunub.

Leyla Əliyeva videoçarxı instaqram səhifəsində paylaşaraq qadın zorakılığına qarşı çıxıb.

Layihədə #susma həştaqından da istifadə olunub.