Heydər Əliyev Fondundan “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlıq məsələləri və bu əməkdaşlığın genişləndirilməsi üzrə koordinasiya bürosunun yaradılması, AMOR-un fəaliyyətinin internet saytları və sosial mediada genişləndirilməsi məsələləri müzakirə edilib.
Gənclər, həmçinin Quba Soyqırımı Memorial Kompleksində də olublar və Azərbaycanda 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırım hadisələri ilə yaxından tanış olduqlarını qeyd ediblər.
Leyla Əliyeva müxtəlif ölkələrə bu cür səfərlərin sosial ünsiyyətin genişləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib və iki ölkə arasında gənclərin gələcək əməkdaşlığına dair öz tövsiyələrini verib.
Son xəbərlər
Son Xəbərlər