Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 10-da Talassemiya Mərkəzində olub.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan müalicələr barədə məlumat verib.
Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək onların müalicəsinin gedişi ilə maraqlanıb. Həmçinin osteoporoz xəstəliyi olan uşaqlara Heydər Əliyev Fondu adından dərman preparatları təqdim olunub.





Son xəbərlər
Son Xəbərlər