Leyla Əliyeva xəstəxanada uşaqları ziyarət etdi - Fotolar

leyla-eliyeva-xestexanada-usaqlari-ziyaret-etdi
Oxunma sayı: 2527

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda və Talassemiya Mərkəzində olub, burada müalicə alan uşaqlarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Leyla Əliyeva əvvəlcə paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gəlib. O, balacaların müalicəsi ilə maraqlanıb, xəstəxananın müxtəlif şöbələrində müalicə alan uşaqlara görüşüb, onların valideynləri ilə söhbət edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağalmasını arzulayıb, onlara hədiyyələr təqdim edib.