Leyla Əliyevadan uşaqlara daha bir diqqət

leyla-eliyevadan-usaqlara-daha-bir-diqqet
Oxunma sayı: 1210


“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyi və Rusiya Mədəniyyət Fondunun “Açıq tarix dərsi” Beynəlxalq Proqramlar Müdiriyyəti tərəfindən təşkil edilmiş bayram tədbirində Xilaskar İsa Məbədi Bazar günü məktəbinin yetirmələri və Y.Nikulin adına internat məktəbinin şagirdləri də iştirak edib.

Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Tatyana Şumova Beynəlxalq Proqramlar Müdiriyyətinin uşaq layihələrinin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və nümayəndəliyin rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirib. 

Bayram şənliyinin iştirakçılarına tədbirin təşkilatçıları adından hədiyyələr təqdim edilib. Sonda Azərbaycan şirniyyatı və çay süfrəsi açılıb.