Leyla Əliyevanın kolleksiyası Gürcüstanda- - Fotolar

leyla-eliyevanin-kolleksiyasi-gurcustanda-
Oxunma sayı: 2386


Tbilisinin İ.Qrişaşvili adına "Karvasla" tarix muzeyində Azərbaycanın "Jan Atelier" geyim brendi və gürcü dizayneri Simon Moçabelinin kolleksiyalarının nümayişi keçirilib.

"Jan Atelier" printlərin süjetinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmlərindən ibarət sayca ikinci "Cənnət" kolleksiyasını təqdim edib.

Nümayişdən sonra qonaqlar "Funikulyor" restoran kompleksində təşkil olunan qala-şam yeməyi zamanı azərbaycanlı pianoçu İsfar Sarabskinin virtuoz ifasından, gənc muğam ifaçısı Atabəy İsmayılov və tanınmış gürcü müğənnisi Tamta Tskitavanın ifasını dinləyiblər.