Leyla Əliyevanın təşəbbüsü ilə aksiya

leyla-eliyevanin-tesebbusu-ile-aksiya
Oxunma sayı: 646


“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş bu humanitar aksiya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Klinik transfuziologiya və hematologiya kafedrasında keçirilib. 

Heydər Əliyev Fondunun Moskvanın səhiyyə müəssisələrində qan köçürülməsinə ehtiyacı olan pasiyentlərə kömək göstərilməsi üzrə layihəsinin bir hissəsi olan bu aksiyada Azərbaycan, Malayziya, Yunanıstan, Özbəkistan, Gürcüstan və Çindən olan tələbələr iştirak ediblər. Təxminən 100 nəfər qan verib. Gün ərzində davam edən aksiyada BMDTU-nun tələbələri ilə yanaşı, əcnəbi tələbələrlə iş üzrə dekanlığın və beynəlxalq münasibətlər şöbəsinin əməkdaşları, Azərbaycanın RF-dəki səfirliyinin, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin təmsilçiləri, RAGB üzvləri də iştirak ediblər.

Qeyd edək ki, RAGB son 7 ildə BMDTU-nun tələbələri və əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları ilə birlikdə müntəzəm olaraq bu cür aksiyalar keçirir.