“Qafqazinfo” xəbər verir ki, bu bəyanatla Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva çıxış edib. O bildirib ki, Leyla Yunus ilin yarısından çoxunu Ermənistanda yaşadığı halda necə olur ki, qəfldən Azərbaycanda peyda olur və bu məmləkətdə “hüquq müdafiəçisi” adı altında “fəaliyyət” göstərir: “Qüdrətli ölkəyə çevrilən Azərbaycanın uğurlarına qıcıqlanan bu ermənipərəst, onların əzizi sayılan Leyla Yunus və onun havadarları əlbəttə havalanacaq, öz təcavüzkar məqsədlərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxacaqlar. Leyla Yunus prezident seçkiləri ərəfəsində “siyasi məhbus” planı ilə aranı qatmağa çalışsa da buna nail ola bilmədi. Bu gün sərhəd bölgələrimizində ermənilər tərəfindən atəşkəsin pozulmasının müntəzəmliyilə Leyla Yunusun yenidən peyda olması və “siyasi dustaq”ların sayının iki dəfə artırılması məqsədi arasında bir əlaqənin olması danılmazdı. Erməni qəsbkarlarının fəallaşması ilə Leyla Yunus gündəmə atdığı qərəzli kampaniya şərtsiz və şərhsiz eyni amala xidmət edənlərin düşmənçilik mövqeyini üzə çıxarır”.
F. Əliyeva bildirib ki, Leyla Yunus “vicdan məhbusları” və “siyasi məhbuslar” adlandırığı adamların nə adını bilir, nə də ki onların üzünü görüb: “Olsa-olsa bir-ikisinin valideynləri ilə görüşə bilər. O Azərbaycan xalqına o dərəcədə nifrət edir ki, hədd və sərhəd gözləmədn Avropa şurasında “Azərbaycanda siyasi məhbuslar”la bağlı məruzəçilər Pedro Aqramunt və Djozef Qrexi - əclaflar- deyə təhqir edib və mətbuat konfransındakı çıxışında “siyasi məhbuslar”la bağlı Azərbaycanın ünvanına olmazın yalan məlumatlar səsləndirib. Öz ölkəsini sevməyən insanın yalanla dolu və ədalətsiz siyahısı heç bir dövlətdə qəbul edilə bilməz. Leyla Yunusla əlbir çalışan xəyanətkarlar ölkəmizdə insanların hüquq və azadlıqlarının qorunması yolunda həyata keçirilən tədbirlərə kölgə salmağa çalışır, faktları təhrif edir, ağ yalan danışır və öz havadarlarının sifarişləri, aldıqları çirkli pullar hesabına və müxtəlif dedi-qodulara əsaslanaraq ilbəil “siyasi məhbus” siyahısını şişirtməkda davam edirlər. Hazırda Leyla Yunusun “siyasi məhbus” siyahısı 134-ə çatıb.
Heç bir azərbaycanlı Xocalı soyqırımını törədən, Azərbaycan torpaqlarını işğal edib xalqımızı öz yurdundan, evindən didərgin salanan düşmənlərimizlə müttəfiqliyə, əməkdaşlığa yol verməz. Leyla Yunus isə özü etiraf edir ki, onun ermənilərlə işbirliyinin tarixi uzundur. Hətta o, bunu açıq sözlərlə efirdə səsləndirmişdi – Mən yalnız söyüş söyəndə Azərbaycan dilində danışıram”.
F. əliyeva deyib ki, prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Şurası ilə bu barədə geniş müzakirələr aparılıb Assambleyanın bəzi üzvləri tərəfindən Azərbaycanda siyasi məhbuslar haqqında irəli sürdüyü qətnamələr keçmədi. Bunula da ən mühüm təsisatlarından biri sayılan Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin yanvarında qəbul etdiyi qərar ilə Azərbaycanda siyasi məhbusların olmadığı təsdiqləndi. Biz Avropa İnsan Hüquqları Mərkəzinin üzvüyük: “Bu onu təsdiqləyir ki, ölkəmizdə siyasi məhbus ola bilməz. Xatırlatmaq istəyirk ki, əqidəsinə görə “siyasi məhbus” və dini baxışına görə “vicdan məhbus”ları ölkənin sivil hüququnu pozan, terror aktları ilə günahsız insanların qanını axıdanlar bu adların daşıyıcılarıdır. Müxtəlif cinayət hadisələri törədərək həbsxanaya salınan insanlar “suyasi məhbus” adlanılmır. Leyla Yunus isə bu canfəşanlığı ilə müstəqil dövlətimizin apardığı daxili və xarici siyasəti gözü götürməyənlərin işinə yaramaq və bu yolla gəlir əldə edərək, Avropada və bir sıra dövlətlətlərdə saysız villalara nail olmuşdur. O cümlədən Leyla Yunusa dəstək olaraq ölkəmizdə fəaliyyət göstərən təşkilatlar da xaricdən maliyyələşərək dövlətimizin nüfuzuna xələl gətirmək istəyirlər. Lakin əllərində heç bir fakt olmadığından həmişə kənara atılıblar. Demokratik Azərbaycan Dünyası Partiyası olaraq bildiririk ki, Azərbaycan vətənini qəlbdən sevən, onu qüdrətli ölkəyə çevirənlərin Vətənidir. Düşmən dəyirmanına su tökən xainlər yerində oturdulmalı və onların bu ölkədə yaşamalarına haqq verilməməlidir. Biz qətiyyətlə Vətənimizin əleyhinə, nüfuzuna zərər vuran Leyla Yunusun məkrli hərəkətlərini pisləyir və onun Azərbaycan vətəndaşı olduğunu təsdiq edən sənədin geri alınmasını tələb edirik”.