Leyla Yunus Baş Prokurorluğa, əri isə xəstəxanaya aparıldı- - Video

leyla-yunus-bas-prokurorluga-eri-ise-xestexanaya-aparildi-
Oxunma sayı: 4117


"Qafqazinfo" Azadlıq Radiosuna istinadən xəbər verir ki,  Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Ötən gecə prokurorluq əməkdaşları Leyla Yunusun evində axtarış aparmaq istəsələr də order təqdim etmədiklərindən hüquq müdafiəçisi evinin qapılarını açmayıb.

Aprelin 29-da səhər 7-də Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov da hüquq müdafiəçisinin evinə gələrək axtarış aparılmalı olduğunu bildirib. Ancaq Leyla Yunus evin qapılarını açmaqdan imtina edib.

Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.