“Qafqazinfo” nun məlumatına görə, çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Bakıda yüksək səviyyədə keçən bu seminarda erməni deputatlarla bərabər Leyla Yunusun da Azərbaycan əleyhinə kampaniya cəhdi əsl cinayətdir. O qeyd edib ki, L. Yunusun kifayət qədər gizli maliyyə vəsaiti var. Deputatın sözlərinə görə, hüquq müdafiəçisinin etdiyi hərəkətlər, ermənilərlə eyni cəbhədə olması onun maliyyə vəsaitinin ermənilərdən gəlməsindən xəbər verir. Deputat hüquq mühafizə orqanlarına və Vergilər Nazirliyinə müraciət edərək bu məsələni ciddi araşdırmağı tələb edib”.
Buna cavab olaarq spiker Oqtay Əsədov bildirib ki, xalqın gözü tərəzidir və hər şeyi görür: “Hər şey də öz qiymətini alacaq”.
Son xəbərlər
Son Xəbərlər