Aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Baş Pokurorluğa dəvət olunub.
“Qafqazinfo” haqqin.az saytına istinadən xəbər verir ki, ona vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı açılmış cinayət işində adının keçdiyi, izahat üçün prokurorluğa dəvət olunacağı deyilib və ölkəni tərk etməməsi barədə xəbərdarlıq olunub. L.Yunus bildirib ki, tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazırdır.
Lakin L.Yunus yoldaşı A.Yunusla birlikdə, xəbərdarlığa baxmayaraq, dünən gecə Azərbaycanı tərk etməyə cəhd göstərib. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onların Azərbaycandan çıxmaq cəhdlərinin qarşısı alınıb. Leyla Yunus Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilib və ondan şahid qismində izahat alınıb.
Hüququ mühafizə orqanlarındakı mənbə Leyla Yunusun həbs olunması barədə məlumatı təkzib edib: “Heç kim onu həbs etməyib və ona qarşı hər hansı ittiham irəli sürülməyib. L.Yunus siyasi şou düzəldir”.
Qeyd edilir ki, yaxın saatlarda Baş Prokurorluq məsələ ilə əlaqədar xüsusi bəyanatla çıxış edəcək.
Son xəbərlər
Son Xəbərlər