"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub.
Prokuror təqsirləndirilən şəxslərin ittiham aktını elan edib. L.Yunus və A.Yunus özlərini təqsirli bilməyib.
L.Yunus vəsatət verib ki, zərərçəkən Rəna Səfərəliyevanın nümayəndəsi Şöhrət Allahmanov siyasi işlərdə iştirak etdiyi üçün məhkəmədən kənarlaşdırılsın. Ş.Allahmanov bildirib ki, Elman Bayraqların şikayəti əsasında Xədicə İsmayılın işində iştirak edib. Hakim vəsatəti təmin etməyib.
Vəkillər Arif Yunusun həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət verib, lakin vəsatət təmin edilməyib.
Leyla Yunus ifadəsində şahid Zülfəli Hacıyevi təhqir edib.
Bundan sonra Azad Isazadə, Bakı meriyasnın şöbə müdiri Zülfəli Hacıyev, Təhmasib Novruzov ifadə verib və istintaqa verdiyi ifadəni təsdiqləyiblər.
Məhkəmədə fasilə elan olunub və proses bu gün saat 14-də davam edəcək.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma)
külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb. Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib. Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
***
Arif Yunus ifadə verməkdən imtina edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər