"Qafqazinfo" xəbər verir ki, bu barədə Sülh və Demokratiya İnstitutu məlumat yayıb. Məlumatda qeyd olunur ki, yanvarın 12-də hüquq müdafiəçisi Leyla Yunus İstanbul şəhərində yerləşən Alman Hastanesinde cərrahiyyə əməliyyatı olunub. Uzun müddətdir ki, müalicə olunan Leyla xanımın əməliyyatı normal keçsə də, əməliyyat zamanı onun sol göz bəbəyi amputasiya edilmiş və protez göz birləşdirilib.
Həkimlərin sözlərinə görə, hazırda Leyla xanımın vəziyyəti kafidir, reanimasiya şəraitindədir. Bu məlumatı sizlərin dəqqətinə çatdıraraq, Allahdan Leyla xanıma şəfalar diləyir, dualarınızı əksik etməmənizi rica edirik.
Xatırladım ki, xanım Leyla Yunus ötən ilin Noyabr ayında eyni xəstəxanada prof.dr.Can Şanioğlu tərəfindən əməliyyat olunmuş və xəstəliyinin qismən aradan qaldırılması təmin olunmuşdu. Yanvarın əvvəlində keçirilən növbəti müayinə zamanı Leyla xanımın yenidən əməliyyat olunması məsləhət görülmüşdür.
Yanvarın 21-də Leyla xanım Azərbaycana dönəcək.
***
Mirvari Qəhrəmanlı "Qafqazinfo" ilə əlaqə saxlayaraq Leyla Yunusla bağlı yayılan məlumatın doğru olmadığını bildirib. O qeyd edib ki, Leyla Yunus belə bir əməliyyat keçirməyib: "Onun adından yayılan məlumatlar təxribatdır".
***
Bir daha xatırladaq ki, sözügedən məlıumat "Qafqazinfo"nun poçtuna bu ünvandan göndərilib-
[email protected]. Aynur Şəfiyeva isə özünü Sülh və Demokratiya İnstitutunun layihə meneceri kimi təqdim edib.