Leyla Yunusun əri ilə bağlı 3 aylıq həbs qətimkan - Yenilənib

leyla-yunusun-eri-ile-bagli-3-ayliq-hebs-qetimkan
Oxunma sayı: 2745


Tanınmış konfliktoloq, Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus avqustun 5-də Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Leyla Yunusun yanına gedərkən saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, Vəkil Xalid Bağırov “Turan İA”-a bildirib ki, öncə A.Yunusu Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə aparıblar. 

Sonra vəkilə bildirilib ki, A.Yunus Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin yanına aparılıb.

Vəkil A.Yunusun da həbs olunacağından ehtiyat etdiyini bildirib.  

***

Apa-nın məlumatına görə, Prokurorluq Arif Yunusun yaşadığı Yasamal rayonunu tərk etməməklə bağlı iltizamı pozduğu üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat verib. Prokurorluğun təqdimatına Nəsimi rayon Məhkəməsində baxılacaq.

***

Vəkil Xalid Bağırov APA-ya bildirib ki, Nəsimi Rayon Məhkəməsində Arif Yunusun həbs edilməsi barədə Prokurorluğun təqdimatına baxılıb.

 Məhkəmə Arif Yusunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.