Leyla Yunusun qızından təkzib: - "Əsl vətənpərvər olmuşuq"

leyla-yunusun-qizindan-tekzib-
Oxunma sayı: 3736


“Qafqazinfo” xəbər verir ki, bunu Leyla Yunusun qızı Dinara Yunus haqqında sosial şəbəkələrdə yayılan məlumatlara təkzib olaraq şəxsi facebook səhifəsində yazıb:

“Mənim yeganə rəsmi sosial səhifəm Facebookda bu səhifədir. Əgər kimsə hardasa mənim adımdan hər hansı məlumat yayırsa bu əsl təxribatdır və yanlış məlumatdır. Mən və mənim valideynlərim həmişə əsl vətənpərvər olmuşuq və Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Həmçinin məlumat verirəm ki mən heç kəsə müsahibə verməmişəm. Mən yalnız bu səhifəmdə məlumatlarla paylaşıram”.

Xatırladaq ki, bu gün "v Kontakte"də onun adından profil açılaraq cəbhədə gedən döyüşlərlə bağlı aşağılayıcı fikirlər paylaşılıb.