Leysan Ağcabədini də vurdu

leysan-agcabedini-de-vurdu
Oxunma sayı: 1190


Rayon sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, ötən gecədən başlayan yağış bir sıra yerlərdə elektrik transfarmatorlarının sıradan çıxmasına səbəb olub. Rayon mərkəzinin bir neçə küçəsi ilə bərabər əksər kəndlərdə də elektrik enerjisinin verilişi dayanıb. Məlumata görə 10 saatdan çoxdur ki, rayonun bəzi kəndləri işıqsız qalıb. 

Güclü yağış avtomobillərin hərəkətində də problemlər yaradıb. Bərdə rayonunun Əyricə kəndində 2107 markalı maşın yoldan çıxaraq elektrik dirəyinə dəyib. Avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib. 

Anar Həşimov