Leysan, dolu, sel gözlənilir - Xəbərdarlıq

leysan-dolu-sel-gozlenilir
Oxunma sayı: 4730

İyunun 13-ü gündüz şimal-və qərb rayonlarından başlayaraq 17-si gündüzədək Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi-aran rayonlarında yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.