Çində davam edən güclü leysan yağışlar nəticəsində 10 nəfər ölüb, daha 4 nəfər isə itkin düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 196 min insan ziyan dəyib.
İyulun 30-dan başlayaraq avqustun 2-dək davam edən yağış 20-dən çox şəhərdə ciddi fəsadlar törədib. 800 bina zədələnib, daha 6,5 min hektar kənd təsərrüfatı sahəsi məhv olub.
Ölkə iqtisadiyyatına dəyən zərər 16,3 milyon dollar təşkil edib.
Son xəbərlər
Son Xəbərlər