İstanbulda başlayan şiddətli yağış və fırtına saat 23.30-01:00 aralığında Atatürk Hava Limanında reyslərin təxirə salınmasına səbəb olub.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, qabaqcadan edilmiş xəbərdarlığın ardından şiddətli yağış dolu ilə müşayiət olunub. Bu səbəbdən uçuşlarda qısamüddətli ləngimələr qeydə alınıb.
Bəzi leynerlər uçuş üçün gözləyərkən, digərləri havada dövrə vurmalı olub.
Hazırda hava limanının fəaliyyəti bərpa edilib.
Son xəbərlər
Son Xəbərlər