ABŞ-ın Kaliforniya ştatında güclü yağış və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Santa-Barbara dairəsinin şerifi Bil Braun bildirib.
Daha əvvəl ölənlərin 15 nəfər olduğu bildirilirdi.
Onun sözlərinə görə, 13 nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində bölgədə 100-dək yaşayış evi dağılıb.
Hökumət güclü yağışlar səbəbindən 21 min sakini təxliyyə edib.
Son xəbərlər
Son Xəbərlər