“Liberiya Yer üzündən silinə bilər”- - Müdafiə naziri

liberiya-yer-uzunden-siline-biler-
Oxunma sayı: 1402


“Qafqazinfo” AzərTAC-a istinadən məlumat verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının sessiyasında Liberiyanın milli müdafiə naziri Brauni Samukay deyib.

Qeyd edilib ki, respublikanın 15 qraflığından 9-da epidemiya tüğyan edir və meşə yanğını kimi qarşısına çıxanların hamısını məhv edir. B.Samukay bildirib ki, Liberiyanın zəif tibbi infrastrukturu xəstələrlə “doludur” və dövlət bu xəstəliyə qarşı mübarizə aparmaq üçün peşəkar tibb işçiləri qıtlığı, maliyyə çatışmazlığı hiss edir.

Öz növbəsində Liberiyanın BMT-dəki xüsusi səfiri Karin Landqren deyib ki, respublikanın azı 160 həkimi Ebolaya yoluxub və onların yarısı artıq vəfat edib. Səfir bildirib ki, Liberiyada bu virusa yoluxma hallarının və ölənlərin sayı azaldılıb. O deyib: “Ebola qızdırması epidemiyası respublikanın iqtisadiyyatına, təhlükəsizliyinə, sosial və siyasi sahəsinə mənfi təsir göstərir. Bu epidemiya 250 min insanın tələfatına səbəb olmuş 14 illik vətəndaş müharibəsindən sonra ən böyük təhlükəyə çevrilib”.

Bunu da qeyd etmək lazımdır ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda virusdan ölənlərin sayı 2296 nəfərə çatıb, Qərbi Afrika ölkələrində virusa yoluxanların sayı 4293 nəfərdir. Epidemiya Qvineyada başlayıb və Liberiyaya, Syerra-Leoneyə, Nigeriyaya, Konqoya yayılıb.