Bakıda fəaliyyət göstərən “LİBRAFF” kitab mağazaları şəbəkəsi məhkəməyə verilib.
“Qafqazinfo” xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı iddia qaldırılıb.
Belə ki, qurum əmək qanunvericiliyini pozmaqda ittiham olunur.
İddia təsdiqini taparsa, “LİBRAFF” rəhbərliyini 20 min manatdan 25 min manatadək məbləğdə cərimə gözləyir.
Qeyd edək ki, işə Səbail Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Baxış iclası martın 14-nə təyin edilib.
***
“LİBRAFF”dan saytımıza verilən açıqlamada bildirilib ki, şirkətdə bütün əməkdaşlar yalnız əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: “Eyni zamanda şirkətin bütün əməliyyatları da qanunvericiliyə uyğun olaraq rəsmi qaydada aparılır”.
Emin Səfərov
Son xəbərlər
Son Xəbərlər