“LİBRAFF”ın 2 böyük filialı bağlandı - Fotolar+ Yenilənib

“LİBRAFF”ın 2 böyük filialı bağlandı
Oxunma sayı: 3787

Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.

“Qafqazinfo” BakuPost-a istinadən xəbər verir ki, Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LİBRAFF” kitab mağazaları bağlanıb. Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb. Məlumata görə, yaxın vaxtlarda LİBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.

LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.

Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.

***

“LIBRAFF”ın direktoru Cəlalə Nəzəroğlu açıqlama yayaraq bildirib ki, şəbəkənin yalnız “Bravo” marketin içində olan mağazaları bağlanıb:

“Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu biznesdir, hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq”.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi