“Lider” Texnikabankı qiymətləndirib

lider-texnikabanki-qiymetlendirib
Oxunma sayı: 637

Bankın baş ofisindən “Qafqazinfo”ya verilən məlumata görə, biznes görüşün məqsədi təcrübə sayəsində əldə edilmiş səmərəli informasiya mübadiləsi, pul köçürmə sistemlərinin dünya bazarında inkişaf tendensiyası ilə tanışlıq, sistemin ölkə bankları ilə əməkdaşlığının yekun nəticələri, “Lider” pul köçürmə sisteminin yeni məhsul və xidmətləri ilə tanışlıqdan ibarət olub.

Tədbirdə “Lider” pul köçürmə sisteminin İdarə Heyətinin sədri Yuriy Nikolayeviç tərəfindən Texnikabank ASC-nin əməkdaşlıq sahəsindəki fəaliyyəti xüsusi qiymətləndirilib və banka xatirə hədiyyəsi təqdim edilib.
Xatırladak ki, Texnikabank ASC “ Western Union”, “Privat Money”, “Bıstraya Poçta”, “Contact”, “Xpress Money”, “Blizko”, “Allür”, “Zolotaya Korona”, “Caspian Money Transfer”, “Faster”, “Migom” və “Lider” pul köçürmə sistemlərinin üzvüdür. İstər paytaxt, istərsə də bölgələrdə olmaqla bank 35 filialı və 12 şöbəsində müştərilərə sürətli pul köçürmə xidmətlərini göstərir.
Nigar Məmmədli