Lider TV-nin əməkdaşı dəfn edildi

lider-tv-nin-emekdasi-defn-edildi
Oxunma sayı: 2639

Dünən futbol oynayarkən qəfil vəfat edən tanınmış telejurnalist İlqar Qulusoy bu gün dəfn edilib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Lider televiziyasının əməkdaşı doğulub boya-başa çatdığı Kəngərli rayonunun Böyükdüz kəndinin məzarlığında dəfn edilib.

Ürək tutmasından vəfat edən jurnalistin cənazəsi bu gecə təyyarə ilə Naxçıvana yola salınmışdı.

Allah rəhmət eləsin!