Paytaxt derbisində “Bakı” “İnter”i qəbul edəcək. AZAL doğma arenada “Sumqayıt”ı sınağa çəkəcək. Hər iki qarşılaşma saat 16:00-da başlayacaq.
Lider “Qarabağ” isə Zaqatalaya səfər edir. Qurban Qurbanovun komandası kubokda məğlub etdiyi “Simurq”la üz-üzə gələcək. Oyunun start fiti saat 18:00-da veriləcək.
Günün və turun ən maraqlı görüşü isə “Bakcell Arena”da oynanılacaq. Son 6 turda qələbələri sıralayan “Qəbələ” “Neftçi”nin qonağı olacaq. Saat 20:00-da başlayacaq oyun “İdman Azərbaycan” kanalında da canlı yayımlanacaq.
“Xəzər Lənkəran” isə bu tur istirahət edəcək.
30-cu tur
17 aprel (cümə)
16:00. “Bakı” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
İlk 3 dövrədəki oyunlar: 0:7, 0:1, 0:4
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
16:00. AZAL – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 1:0, 3:2, 0:0
“AZAL Arena”
18:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
İlk 3 dövrədəki oyunlar: 0:1, 2:3, 0:1
Zaqatala şəhər stadionu
20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 3:1
“Bakcell Arena”
Son xəbərlər
Son Xəbərlər