“Roma” “Lids”in oyunçusunu icarəyə götürüb.
“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, yeni futbolçusu Rasmus Kristensen bu mövsümdə İtaliya təmsilçisində oynayacaq.
O, yeni klubunda 43 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, danimarkalı müdafiəçi R.Kristensen ötən mövsümdə İngiltərə Premyer Liqasında 26 matçda iştirak edərək 3 qol vurub.
Son xəbərlər
Son Xəbərlər