Lift quraşdırma işləri zamanı fəhlə öldü

Lift quraşdırma işləri zamanı fəhlə öldü
Oxunma sayı: 1375

Qaradağ rayonunda yeni tikilən binalardan birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 19-u saat 16 radələrində qeydə alınıb. 

“Real Lift Quraşdırma” şirkətində elektromexanik işləyən 1972-ci il təvəllüdlü Abbas Sultanov “ŞA İnşaatçı” MTK-nın 7-ci mərtəbəsində lift quyusu içərisində lift quraşdırma işləri görərkən yaralanıb. Belə ki, həmin şəxs qəfildən kabindən lift qəfəsinə yıxılaraq baş nahiyəsindən xəsarət alıb və oradaca ölüb. 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi