Bakıda lift ustasını elektrik cərəyanı vurub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən, martın 16-sı saat 16:40 radələrində paytaxtın Aydın Nəsirov küçəsi 54 ünvanında yerləşən hündürmətəbəli binada baş verib.
Lift ustası, Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Ədalət Balakişiyev lifti təmir edən zaman onu elektrik cərəyanı vurub. Ə.Balakişiyev müvazinətini itirərək yıxılıb və şaxtada liftin kabinəsi ilə divar arasına düşüb. Orada sıxılaraq ölüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər