“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hadisə bu il aprelin 9-da saat 11 radələrində Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068-də, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib.
Təhmasib Mirzəyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada bıçaqlayıb. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri vurub. Bundan sonra ər özü də qollarında damarlarını kəsərək intihara cəhd edib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 29-cu (Cinayət etməyə cəhd) və 120-ci (Qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən Təhmasib Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər