Liftdə köməksiz qalanlar xilas olundu

liftde-komeksiz-qalanlar-xilas-olundu
Oxunma sayı: 944

Paytaxtda liftdə köməksiz qalan 2 nəfər xilas edilib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.