Liftdə qalan 5 nəfər xilas edildi, 1-i azyaşlıdır

liftde-qalan-5-nefer-xilas-edildi-1-i-azyaslidir
Oxunma sayı: 1893

Bakıda liftdə qalan beş nəfər xilas edilib. 

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Qaradağ rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.