Liftdə qaldı

liftde-qaldi
Oxunma sayı: 893


“Qafqazinfo” xəbər verir ki, Salyan şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.