Liftdə virusdan necə qorunaq?

liftde-virusdan-nece-qorunaq
Oxunma sayı: 1485

TƏBİB liftdən istifadə qaydaları ilə bağlı vətəndaşlara müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, qurum “COVID-19” infeksiyasından qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edərkən aşağıdakılara riayət etməyə çağırıb:

Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun;

Maska taxın;

Əgər liftdə çox insan varsa, minməyin, növbəti gedişi gözləyin;

Lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın.