““Lill” bu mərhələni keçəcək” - “Qalatasaray”ın müdafiəçisi

lill-bu-merheleni-kececek
Oxunma sayı: 1718

“Lill”dən ayrılsam da, bu komandanın çıxışını diqqətlə izləyirəm. Bilirəm ki, Avropa Liqasının III təsnifat mərhələsində 2 potensial rəqib – “Qəbələ” və MTK-dan biri ilə üz-üzə gələcəklər”.

Qafqazinfo” Apasport.az-a istinadən xəbər verir ki, “Qalatasaray” klubunun və Kamerun yığmasının müdafiəçisi Aurelien Şedju deyib.

31 yaşlı futbolçunun sabiq komandası “Lill” Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibini gözləyir. Fransa klubu bu mərhələdə “Qəbələ” (Azərbaycan) – MTK (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək cavab matçı öncəsi təmsilçimiz üstünlüyə malikdi. Belə ki, Budapeştdə baş tutmuş ilk qarşılaşma “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

İstirahətdə olan Şedju fürsətdən istifadə edib, keçmiş şəhərinə - Lillə yollanıb. Klubun saytına müsahibə verən müdafiəçi söhbət əsnasında “Lill”in Avropa Liqasındakı potensial rəqibləri “Qəbələ” və ya MTK ilə baş tutacaq görüşə də toxunub: “Səmimiyyətimlə inanıram ki, “Lill” bu mərhələni keçəcək və turnirin qrup mərhələsinə düşmək üçün yaxşı imkan əldə edəcək. Sabiq komandamın oyunlarını televiziya vasitəsilə izləyəcəm. Mən bilirəm ki, “Lill” son illərdə, faktiki olaraq, inkişaf edib. Yeni oyunçuların gəlməsi komandadakı rəqabəti bir qədər də gücləndirib. Gördüyünüz kimi, indi də “Lill”ə çox yaxınam və ordakı dəyişiklərdən xəbərdaram. Vaxtilə “Lill”də birgə oynadığımız futbolçulara, birgə çalışdığımız fizioterapevtlərə, inzibatçı və digər şəxslərə dəstək oluram. Bura bir ailə kimidi. “Lill” barəsində yeni məlumatlardan bacardığım qədər xəbər tuturam”.

Qeyd edək ki, Şedju 2007-2013-cü illər ərzində “Lill”in formasını geyinib.