“Lill” büdrədi, PSJ fərqi azaltdı

lill-budredi-psj-ferqi-azaltdi
Oxunma sayı: 2320

Futbol üzrə Fransa Liqa 1-də 37-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Lider “Lill” bu turda doğma meydanda “Sent-Etyen”i qəbul edib. Meydan sahibləri bu oyunda qalib gəlsəydi, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Lakin “Lill” qolsuz heç-heçəyə razılaşıb.

Turnir cədvəlinin ikinci sırasında yer alan PSJ isə bu turda “Reyms”i sınağa çəkib və darmadağınla qalib gələrək liderlər aradakı xal fərqini minimuma endirib. Çempionluğun taleyinə son turda aydınlıq gələcək.

“Monako” “Renn”lə, Marsel “Olimpik”i isə “Anje” ilə ev oyunundan qalib ayrılıb. Lion “Olimpik”i də səfərdə “Nim”ə böyük hesabla qalib gəlib.

Fransa Liqa 1
37-ci tur
16 may

Bordo – Lans 3:0
Qol: Huanq, 32-pen. Sabali, 89. Zerkane, 90+1.

Dijon – Nant 0:4
Qol: Kulibali, 6. Kolo, 32; 90+3. Blas, 90+1.

Lill – Sent-Etyen 0:0

Loryan – Mets 2:1
Qol: Vissa, 31-pen. Jerom, 74 – Traore, 72.

Olimpik (Marsel) – Anje 3:2
Qol: Vilik, 9; 48; 90+5-pen – M.Pereyra, 57. Tomas, 85.

Monako – Renn 2:1
Qol: Ben Yedder, 16. Qolovin, 29 – Burijo, 68.

Monpelye – Brest 0:0

Nitsa – Strasburq 0:2
Qol: Ayorke, 2; 66.

Nim – Olimpik (Lion) 2:5
Qol: Kone, 5; 62 – Paketa, 8; 24. Depay, 20. Auar, 55. Slimani, 87.

PSJ – Reyms 4:0
Qol: Neymar, 13-pen. Mbappe, 24. Markinyos, 68. Kin, 90.