“Lill” çempion!

lill-cempion
Oxunma sayı: 3870

Fransa Liqa 1-də 2020/21 mövsümünün qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, mövsümün çempionu adına son turda aydınlıq gəlib.

Belə ki, “Anje”nin qonağı olan lider “Lill” zirvəni sona qədər əldən verməyib. Conatan David (10-cu dəqiqə) və Burak Yılmazın (45+1) qolları sayəsində 2:1 hesablı qələbə qazanan Kristof Qaltyerin yetirmələri 83 xalla mövsümü ilk pillədə tamamlayıb. 

Bununla PSJ-nin ardıcıl 3 mövsümlük çempionluq seriyasına son qoyan “Lill” 10 ildən sonra ilk, ümumilikdə isə 4-cü dəfə Fransa yüksək liqasının qızıl medallarına layiq görülüb.