““Lill”in 70 faiz hazır olması bizim üçün çox təhlükəlidir” - Qriqorçuk

lillin-70-faiz-hazir-olmasi-bizim-ucun-cox-tehlukelidir
Oxunma sayı: 1093

Bu gün Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” səfərdə “Lill”in qonağı olacaq. “Qafqazinfo” Qol.az-a istinadən xəbər verir ki, təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Qəbələ”də durum necədir? Uzun yolçuluq komandanı yormayıb ki?

- Uzun yolçuluq barədə danışmağa ehtiyac yoxdur. Bunun öhdəsindən gələcəyik. Komandada gündən günə irəli gedir. “Qəbələ”də hər şey qaydasındadır.

- “Lill”in baş məşqçisi komandasının sabahkı oyun üçün 70 faiz hazır olduğunu dedi...

- Yaxşı olardı ki, o, komandasının 30 faiz hazır olduğunu desin. Çünki “Lill”in 70 faiz hazır olması bizim üçün çox təhlükəlidir.

- Sabahkı qarşılaşma “Lill”in əsas deyil, ikinci stadionunda olacaq. Buna münasibətiniz necədir?

- Böyük arenada, gözəl futbol atmosferində oynamaq istəyirdik. Bununla belə, sabah da gözəl futbol bayramı olacağına inanırıq. İstəyirik ki, bu bayramın qəhramanlarından olaq.

- “Qarabağ” “Viktoriya” ilə oyunda müdafiədən oynadı. “Qəbələ” də eyni oyun tərzinə üstünlük verəcək?

- “Qarabağ”ın oyununa tam baxmadım. Ona görə də dəqiq bir söz deyə bilmərəm. “Qarabağ”a Bakıdakı oyunda uğurlar arzulayıram. Sabah müdafiədən oynamayacağıq. Biz belə oyunun tərəfdarı deyilik. Ağıllı və səliqəli hücum futbolu oynamalıyıq.

- “Lill” haqda nə bilirsiniz? Ən çox nədən ehtiyatlanırsınız?

- “Lill” haqda məlumatım az deyil. Rəqibin çoxlu sürətli oyunçuları var. Bu, onların üstünlüyüdür.

- Sabahkı oyun üçün komandanızda hansı çatışmazlıqlar mövcuddur?

- Mən komandamdan razıyam. Qısa müddətdə çox şeyə nail olduq. Əsas odur istədiyimiz futbol üslubunu görürük. Oyun bizim üçün ciddi test olacaq. Çünki cari mövsüm bu səviyyədədə güclü komanda ilə qarşılaşmamışıq.