Limam Seydi Azərbaycana gəlir- - Bilet məsələsi həllini tapdı

limam-seydi-azerbaycana-gelir-
Oxunma sayı: 851


Belə ki, klub futbolçunun biletini ləğv etməyib, lakin anlaşılmazlıq nəticəsində futbolçu Bakıya uçmayıb. Artıq klub futbolçuya yeni bilet alıb. Nəticədə Limam Seydi avqustun 6-da Azərbaycana gələcək

Bilet məsələsinin ləğvində isə sadəcə anlaşılmazlıq olub. Klub futbolçu üçün bilet alsa da, meneceri Lənkəran təmsilçisinə onun “Xəzər Lənkəran”ın təklif etdiyi məbləğə çıxış etmək istəmədiyini bildirib. Lakin sonradan aydın olub ki, məsələ tamam başqa cürdür. Klubla birbaşa əlaqə saxlayan futbolçu “ağ-yaşıllar”la razılığa gəlib. Saytımızla əlaqə saxlayan futbolçu bu barədə məlumat verib: “Aramızda anlaşılmazlıq olmuşdu. Hazırda məsələ yoluna qoyuldu və mən avqustun 6-da Azərbaycana gələcəm”.

“Qafqazinfo”