Linzalarınızı 3 aydan bir dəyişin... -

linzalarinizi-3-aydan-bir-deyisin-
Oxunma sayı: 1556


Kontakt linzalarla üzməkdən qaçılmalıdır. Belə ki, bu sizin gözdə infeksiyanın yaranmasına səbəb ola bilər. Linzalarla üzmək gözlərinizin iltihabına və buynuz qişanın xorasına gətirib çıxaran dəyişikliklərə səbəb ola bilər. FDA (Amerika Qida və Dərman administrasiyası) məsləhət görür ki, linzalar kran və hovuz suları, həmçinin okean, göl, sauna və duşdan istifadə zamanı taxılmamalıdır. Belə su virus və təhlükəli bakteriaların mənbəyinə çevrilə bilir. Belə mikroblardan ən təhlükəlisi Acanthamoeba-dır. O, linzaya yapışaraq, gözün buynuz qişasında iltihab əmələ gətirir. Acanthamoeba keratitis (akantamöba keratiti) adlanan bu vəziyyət üzən zaman linzalardan istifadənin nəticəsi olub, vaxtında müalicə edilmədikdə, görmənin itirilməsi və buynuz qişası transplantasiyasına gətirib çıxaran ağırlaşmalara səbəb ola bilər.

Əgər üzən zaman gözlərinizə su dəyibsə, mümkün qədər tez linzalarınızı çıxarıb, təmizləməli, infeksiya riskini aradan qaldırmalısınız.

Kontakt linzalardan düzgün istifadə sonrakı infeksiyalaşmanın qarşısını ala bilər. Linzalarınızı ən geci 3 aydan bir dəyişməyi və bu zaman göz həkiminin məsləhətlərinə əməl etməyi unutmayın.

Sərt kontakt linzalar heç vaxt üzərkən taxılmamalıdır, çünki onlar sizin gözünüzdən çıxaraq, itəcəklər. Lakin yumşaq linzalar məsaməli quruluşlarına görə, kimyəvi maddələrin və bakteriyaların gözlərinizdə toplanmasına, bununla da iltihabın əmələ gəlməsinə səbəb ola bilir.

Bundan başqa, təmiz su və hovuz suyu yumşaq linzaların gözdə dartılmasına gətirib çıxarır ki, bu da gözlərdə diskomfort, narahatlıq yaradır.

Həmçinin, üzən zaman gözlərinizə düşən su gözün təbii mayesini yuyaraq, xroniki quruluğa səbəb olur.

Yenə də linzalarla üzmək qərarına gəlmisinizsə, bir günlük linzalar ən uyğun variantdır. Onlar istifadədən sonra atıldığına görə, təmizlənmə və dezinfeksiya problem aradan qalxmış olur.

Ən təhlükəsizi - hovuzdan çıxan kimi linzaları çıxarmaq, gözü təmiz su, sonar isə nəmləndirici damcılarla yumaq və yeni birdəfəlik linzaları geyinməkdir.

Əgər siz gündəlik linzalardan istifadə edirsinizsə, bu, kontakt linzaların qiyməti və keyfiyyətininən yaxşı nisbətidir. Suda üzərkən linzalarınızla problem yaşandıqda, mütləq göz həkiminizə müraciət edin.

LASIK cərrahiyyəsi və başqa alternativlər

Bir çox insanlar, xüsusilə də idmanla məşğul olan, aktiv həyat tərzi sürənlər miopiya (yaxından görmə), hipermetropiya (uzaqdan görmə) və astiqmatizmlərini LASİK cərrahiyyəsi vasitəsilə korrektə edərək, eynək və kontakt linzalarına “əlvida” deyirlər.

LASİK və refraktiv cərrahiyyənin PRK və LASEK kimi digər növləri kompüterlə idarə olunan lazer şüası vasitəsilə buynuz qişanın formasını dəyişərək, işığın tor qişanın düzgün hissəsində fokuslanmasını və səlis görməni təmin edirlər.

LASIK cərrahiyyəsi tam təhlükəsizdir və insanlara əməliyyatdan sonra 100%-li görmə imkanı verir. Əlbəttə ki, hər bir cərrahi əməliyyatda olduğu kimi, LASİK proseduru da əvvəlcədən araşdırılmalıdır.

Başqa bir alternativ üsulu – ortokeratologiya və ya orto-k – refraksiyanın müvəqqəti korreksiyası və eynəkdən qısa müddətli azad olmaq imkanıdır. Orto-k zamanı xüsusi linzalardan istifadə olunur ki, onları çıxardıqdan sonra heç bir eynəyə ehtiyac olmur. Belə linzalar adətən, gecə yatarkən taxılır və səhər durarkən sizin artıq eynək və ya linza taxmanıza ehtiyac qalmır.

Sizin göz həkiminiz və üzərkən görmənizi korrektə etmək üçün ən uyğun variant sizə məsləhət görəcəkdir.

“Qafqazinfo”