“Lion” mümkünsüzü bacardı, mançesterlilər qrupda qaldı

lion-mumkunsuzu-bacardi-mancesterliler-qrupda-qaldi
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi xəbərə görə, son oyun günü bir sıra maraqlı nəticələrlə yadda qalıb. A qrupunda 2-ci pillədə qərarlaşmış “Napoli” səfərdə “Vilyarreal”a qalib gələrək pley-offa vəsiqə qazanıb. “Mançester Siti” isə mübarizəni Avroliqada davam etdirəcək. B qrupunda qrup ÇSKA “İner”i məğlub edərək adını növbəti mərhələyə yazdırıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” isə “Lill”lə qolsuz heç-heçəyə razılaşıb. Qaradənizlilər qrup 3-cüsü kimi Avroliqada çıxış edəcək. C qrupunda “Bazel” evdə “Mançester Yunayted”lə qarşılaşıb. Qrupu adlamaq üçün ingilislərə 1 xal kifayət etsə də, onlar bunu bacarmayıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Bazel” növbəti mərhələyə vəsiqə qazanıb. D qrupunda “Lion” inanılmaz əzmkarlıq göstərərək fanatlarını sevindirib. Belə ki, pley-offa vəsiqə qazanmaq üçün fransızlar səfərdə “Dinamo Zaqreb”ə, həmçinin “Real” “Ayaks”a böyük hesabla qalib gəlməli idi. Rəqibini 7:1 hesabı ilə darmadağın edən “Lion” vəzifənin öhdəsindən layiqincə gəlib. Madrid “Real”ı isə “Ayaks”ı 3 cavabsız topla üstələməklə bu mövsüm qrup mərhələsini 6 qələbə ilə bitirən yeganə komanda olub.
A qrupu

23:45. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) - 2:0
Qollar: Silva, 36 (1:0), Ture, 52 (2:0)

23:45. "Vilyareal" (İspaniya) – "Napoli" (İtaliya) - 0:2
Qollar: İnler, 65 (0:1), Hamşik, 76 (0:2)


B qrupu

23:45. "İnter" (İtaliya) - CSKA (Moskva, Rusiya) - 1:2
Qollar: Dumbiya, 50 (0:1), Kambiasso, 51 (1:1), Berezutski, 87 (1:2)

23:45. "Lill" (Fransa) – "Trabzonspor" (Türkiyə) - 0:0

C qrupu

23:45. "Bazel" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qollar: Streller, 9 (1:0), Fray, 84 (2:0), Cons, 89 (2:1)

23:45. "Benfika" (Portuqaliya) - "Otselul" (Rumıniya) - 1:0
Qol: Kardozo, 7 (1:0)
D qrupu

23:45. "Ayaks" (Hollandiya) - "Real" (Madrid,İspaniya) - 0:3
Qollar: Kallehon, 14 (0:1), 90 (0:3), İquain, 42 (0:2)

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Lion" (Fransa) - 1:7
Qollar: Kovaçiç, 40 (1:0), Qomis, 45 (1:1), 48 (1:2), 52 (1:4), 70 (1:6), Qonalons, 48 (1:3), Lopez, 64 (1:5), Briand, 76 (1:7)
Ceyhun Əhmədov