Liqa 1-ə vəsiqə qazanan ilk komanda bilindi

liqa-1-e-vesiqe-qazanan-ilk-komanda-bilindi
Oxunma sayı: 3686

Fransa Liqa 2-də mübarizə aparan “Oser” növbəti mövsüm Liqa 1-də çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, komanda 37-ci turda səfərdə “Amyen”lə 0:0 hesablı heç-heçə edib. 

Xallarını 71-ə yüksəkdən “Oser” 3-cü pillədəki “Sent-Etyen”i 6 xal qabaqlayır. Bununla da Kristof Pelisyerin rəhbərlik etdiyi kollektiv mövsümün bitməsinə bir tur qalmış elitaya vəsiqəni təmin edib.