“Qafqazinfo”xəbər verir ki, Bakı Apellyasiya məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Ağdam rayon sakini Kamran Nəcəfovun (1995-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 228.4 (qanunsuz soyuq silah əldə etmə, saxlama və gəzdirmə) və Lənkəran rayon sakini Elvin Abdullazadənin (1991-ci il təv.) CM-nin 221.1 (xuliqanlıq) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxışı yekunlaşıb.
Ötən il oktyabrın 17-də Nizami rayonu ərazisində yerləşən 10 nömrəli orta məktəbin həyətində Kamran Nəcəfov xuliqanlıq niyyəti ilə Famil Gülüşova 2 bıçaq zərbəsi vurmaqla, onu qəsdən həyatdan məhrum edib.
Nizami RPİ, 24-cü polis bölməsi və rayon prokurorluğunun əməkdaşları elə həmin gün cinayəti törədənləri saxlayıb.
İyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Nəcəfov 13 il müddətinə azadlıqdan məhrumetmə və E.Abdullazadə aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum ediliblər.
Elan olunmuş hökmlə əlaqədar tərəflər apellyasiya şikayətləri, dövlət ittihamçısıisə apellyasiya protesti veriblər.
Bakı Apellyasiya məhkəməsi cinayət işini araşdıraraq qərar qəbul edib ki, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılsın.
Ceyhun
Son xəbərlər
Son Xəbərlər